• cümə axşamı, 18 aprel, 15:06
  • Baku Bakı 22°C

Sərxoş sürücü maşını dirəyə vurdu, ağır xəsarət alan var

31.08.13 08:33 1097
Sərxoş sürücü maşını dirəyə vurdu, ağır xəsarət alan var
APA-nın məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 3-cü kilometrliyində, Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində baş verib. Həmin kəndin sakini, 26 yaşlı Tural Məhərrəmovun idarə etdiyi 24 BB 324 qeydiyyat nişanlı “QAZ 24” markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı reklam lövhəsinə çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, aşağı ətrafların sınması, travmatik şok və alkoqol sərxoşluğu diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı sürücü avtomobildə tək olub. İlkin ehtimala görə, hadisə yüksək sürət səbəbindən baş verib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər