• cümə, 29 Mart, 19:40
  • Baku Bakı 14°C

Şərtsiz sevgi

30.01.17 15:27 2381
Şərtsiz sevgi
Əgər məndən soruşsalar ki, yer üzündə şərtsiz-filansız, qarşılıq gözləmədən, təmənnasız sevən varmı?Əminliklədeyəbilərəm ki var. Elə bir insan ki, hər an, hər saniyə, hər gün vaz keçmədən sevir. Eləbir sevgi ki, bəzəninsan əzilir bu sevginin böyüklüyünün qarşısında. Elə bir insan ki, dünyalara sığmayacaq sevgisini daşıdığı qəlbinin gözəlliyi üzündə əks olunur - mənim anam.

Təbii ki, bir ananın övladına olan sevgisini təsvir etmək mənədüşməz. Cümlələrim, duyğularım aciz qalar. Necədeyərlər, ana olmadan analığı anlamaq və anlatmaq mümkün deyil. Başda öz anam olmaqla, bütün anaların qarşısında başəyib, onların əfvinəsığınaraq, içimdən gələn bir neçəsözü sətirlərətökmək istədim. Yəqin mənimlərazılaşan olar ki, yalnızca uşaq dünyaya gətirmək vəsüd verməkləana olmaq mümkün deyil. Həmçinin, ananı müqəddəs qılan onun övladına qarşı bitib-tükənməyən saf sevgisidir. Axı, hər doğulan körpəhəm dəana sevgisinəmöhtacdır. Bir ananın sevgisini hər an diləgətirməsi də şərt deyildir. Çünki, ana övladı üçün nəedirsə,sevgi iləedir, sevgisindən edir. Bəzən bunu dərk etmirik. "Əynini qalın geyin”, "gecikmə”, "soyuq su içmə”, "çətir götürmək yadından çıxmasın” sözlərinin sevginin digər anlamları olduğunu unuduruq. Neçə yaşımız olursa olsun, qərarlarımızı özümüz qəbul edə bilsək də, hər zaman analarımızın xeyir-duasına möhtacıq. Yer üzündə ikinci elə insan yoxdur ki, gecəsini-gündüzünü, gəncliyini-qocalığını bizim üçün "görəsən, əyni qalındır”, "görəsən, yemək yeyib”, "görəsən, sağ-salamat gedib çatdı”, "görəsən, imtahanı necə keçdi” düşünərək keçirtsin. Çünki analar bizi, bizim özümüzü düşündüyümüzdən, hətta özündən belə çox düşünür. Analar heç vaxt övladını "sonraya” saxlamırlar. Və bir ana üçün övladının pis və ya yaxşı olması fərq etmir. O, sadəcə, sevir, hər şeyə rəğmən həm də. Övladı nə etmiş olursa olsun, yeri gəldiyində əsəbiləşsə də, incinsə də, övladını hər görüşdə sevgisi dolub-daşır, əvvəlki tək gözlərinə işıq gəlir sanki, sevgisini cümlələrlə ifadə edə bilmədiyində isə dodaqları, əlləri əsir.

Bəzən düşünürəm, əslində heç Günəş də deyil dünyamızı isidən, aydınladan. Hər gün analarımızın nur üzünü görməsəydik, fərq edərdikmi günəş çıxır, ya yox? Gözləri görməyən birinin ən böyük arzusu deyilmi ilk olaraq anasını görmək? Qulaqları eşitməyən körpə ən çox ana laylasına həsrət deyilmi? Saçındakı hər ağ telin, qəlbini amansızca saran ağrı-acının səbəbkarı olsaq da, dırnağımıza daş dəysə də, dünyaları fəda etməzmi? İlk addımlarımızı atdığımız gündən, nə qədər böyüsək də, hər yıxıldığımızda yenə də ilk əlimizdən tutan analarımız deyilmi?

Ona görə də sevgini uzaqlarda axtarmağa ehtiyac duymuram. Çünki, mənim anam sevginin özüdür. Mənim gözümdə Tanrının ən mükəmməl yaradılışıdır. Mənim anam, cənnətdir. Mənim anam, məlhəmdir. Bir sığalı, bir kəlməsi yetər bütün dərdi-kədəri silməyə. Mənim anam ulduzları belə kölgədə qoyacaq qədər gözəldir. Mənim anam möcüzədir. Vur-tut əl içi boyda ürəyində okeanlardan da dərin sevgi var. Üzərimdəki ödənməsi mümkün olmayan haqqına qarşılıq tək təsəllim anamın üzündəki təbəssümün müəllifi olmaqdır. Bu əvəzolunmaz və füsunkar varlığı təsvir etməkdə mənim sınıq-salxaq cümlələrim sonuclansa da, zənnimcə, bu mövzuda deyilə biləcək ən möhtəşəm sözləri Cəfər Cabbarlı öz misralarında ölümsüzləşdirib:

Ana! Ana! O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Xədicə Tağızadə






banner

Oxşar Xəbərlər