Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Gəncədə reyd keçirilib
Gəncədə koronavirus pandemiyasının yayılmasının
qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim
qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb
və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam
etdirilir.
Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının
qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının
alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə Gəncə
Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Ramil Orucov, deputat Müşfiq Cəfərov, Kəpəz rayon bələdiyyəsinin sədri Yaşar
Abdullayev və polis əməkdaşı Arif Huseynov iştirak ediblər.
İstirahət günü olmasına baxmayaraq, rəsmilər şəhərin
Kəpəz rayona daxil olan Hacıkənd qəsəbəsinin müxtəlif ərazilərində fəaliyyət
göstərən iaşə obyektlərinə baş çəkib, xüsusi karantin rejimi qaydalarına əməl
olunmasını və sanitar gigiyenik normalarının vəziyyətini araşdırıblar.
Reyd zamanı sözügedən məkanlarda Nazirlər
Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair
metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb,
müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin
rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin
görüləcəyi bir daha xatırladılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində
Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və
maarifləndirmə tədbirləri mütəmadi olaraq təşkil edilir.