• çərşənbə, 24 Aprel, 05:03
  • Baku Bakı 14°C

Şərtini “İnter”ə bildirdi

10.04.19 15:15 698
Şərtini “İnter”ə bildirdi
"Çelsi”nin sabiq baş məşqçisi Antonio Kontenin xidmətində Milan "İnter”i maraqlıdır.
Kaspi.az xəbər verir ki, Konte də "İnter” variantına müsbət yanaşır. Ancaq onun bəzi şərtləri var. Məlumata görə, mütəxəssisi şərtlərini "İnter” rəhbərliyinə çatdırıb.
Bildirilir ki, 49 yaşlı məşqçi "İnter”dən illik 10 milyon avro məvacib tələb edib. Əgər "İnter” bu şərtlə razılaşsa, Konte A seriyasında ən çox məvacib alan məşqçi olacaq.
Qeyd edək ki, "İnter”in hazırkı baş məşqçisi Luçano Spallettinin illik məvacibi 4,5 milyon avrodur. "Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri isə ildə 7 milyon avro qazanır.
banner

Oxşar Xəbərlər