• çərşənbə, 24 Aprel, 05:00
  • Baku Bakı 14°C

Şərqi Azərbaycan İranın xarici əlaqələrinin inkişafında böyük rol oynayır

14.12.19 13:22 351
Şərqi Azərbaycan İranın xarici əlaqələrinin inkişafında böyük rol oynayır
"Şərqi Azərbaycan vilayəti İranın şimal-qərbindəki qonşu dövlətlərlə əlaqələrin inkişafında mühüm rol oynayır”.
APAİRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Şərqi Azərbaycan valisi Məhəmməd Rza Pour Məhəmmədi ilə görüşündə bildirib.
O, Təbrizin İran tarixində həmişə təsirli olduğunu söyləyərək əlavə edib ki, İran Xarici İşlər Nazirliyi qonşu ölkələrlə münasibətləri inkişaf etdirməyi prioritet hesab edir.
Görüş zamanı Pour Məhəmmədi vilayətin ticarət, mədəni və elmi əlaqələri inkişaf etdirmək üçün misilsiz imkanlara malik olduğun deyərək, Təbrizin regional diplomatik mərkəzə çevrilə biləcəyini açıqlayıb.
O, Şərqi Azərbaycan vilayətinin coğrafi mövqeyinə və bir neçə ölkə ilə yaxınlığına baxmayaraq İranın ən etibarlı əyalətlərindən olduğunu deyib.
Pour Məhəmmədi qeyd edib ki, Təbriz həmişə İranı müdafiə etməkdə qabaqcıl olub.
Görüşdə İranın qonşu dövlətlərlə iqtisadi əməkdaşlığının qurulması müsbət hal kimi dəyərləndirilib.
banner

Oxşar Xəbərlər