• cümə axşamı, 28 mart, 14:27
  • Baku Bakı 16°C

Sərnişin avtobusu yük avtomobili ilə toqquşdu, 9 yaralı

19.06.13 12:42 1282
Sərnişin avtobusu yük avtomobili ilə toqquşdu, 9 yaralı
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı sərnişin avtobusu ilə “Daewoo” markalı yük maşını toqquşub.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər