Sərnişin avtobusu minik maşını ilə toqquşdu, polis həlak oldu - Bakıda

Sərnişin avtobusu minik maşını ilə toqquşdu, polis həlak oldu - Bakıda

Kriminal
25 Aprel 2016, 09:18 1281
Bakıda sərnişin avtobusu qəza törədib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs "Mercedes"in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K. Abbasov mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.