• cümə, 19 Aprel, 16:28
  • Baku Bakı 25°C

Serj Sarkisyanın kriminal aləmlə bağlılığı üzə çıxır

20.12.13 08:32 1598
Serj Sarkisyanın kriminal aləmlə bağlılığı üzə çıxır
Ermənistanda hakim ailənin, eləcədə ən yuxarı eşalonunda təmsil olunan şəxslərin korrupsiya əməlləri ilə bağlı informasiya və məlumatların dərcinin ardı-arası kəsilmir. Bu dəfə almaz biznesi ilə məşğul olan iş adamı Paylak Ayrapetyanın ona məxsus olan əmlakın və vəsaitin Kiprdə qeydiyyatda olan «Vlispera Holdinqs Limited» ofşor şirkəti tərəfindən mənimsənilməsi barəsində açıqlaması ölkədə şok effekti yaradıb. Məlumata görə, Kiprin rəsmi dövlət qeydiyyat sənədlərinin təqdim olunmasından sonra aydın olub ki, «Wlispera Holdings Limited» ofşor şirkətinin səhmdarları Tiqran Sarkisyan, erməni kilsəsinin Ararat iyeparxiyasının arxiyepiskopu Navasard Kçoyan və almaz biznesi ilə məşğul olan Aşot Surkisyandır. Kriminal aləm və transmilli cinayətkarlıqla bağlı olan və bir neçə dövlət tərəfindən axtarışa verilən Aşot Surkisyan arxiyepiskop Navasard Kçoyan vasitəsilə Ermənistanın siyasi rəhbərliyinə, xüsusilə prezident Serj Sarkisyan və baş nazirdən çox Serj Sarkisyanın çirkin pullarının idarəçiliyi ilə məşğul olan «bankir» Tiqran Sarkisyana yol tapıb. İrəvanın küçələrində ən son model «Bentli» ilə şütüyən kilsə xadimi Navasard Kçoyana bu avtomobili elə Aşot Surkisyan hədiyə edib. Aşot Surkisyan vətəndaş müharibəsinin getdiyi və Avropanın, ABŞ-ın və dünyanın digər nüfuzlu almaz emal edən şirkətlərinin almaqdan imtina etdikləri «qanlı» Sierre Leon almazını Ermənistana gətirmək və sovet dövründən qalmış Ermənistanın almaz emalı müəssisələrində emal etmək və Şarja və Dubayda erməni siyasi elitasına məxsus zərgərlik dükanları satmaq kimi biznes mexanizmini təklif edib. Avropa və ABŞ öz şirkətlərinə bu almazı almağı ona görə qadağan edib ki, Sierra Leondakı vətəndaş müharibəsinin səbəbi elə almaz uğrunda mübarizədir və hər il minlərlə insan Afrikada buk imi müharibələrin qurbanı olur. Şəxsən Xocalıda yüzlərlə mülki insanın qətlinə əmr vermiş və bundan fəxr duyan Serj Sarkisyanı uzaq Afrikada qan bahasına başa gələn almazmı narahat edəcək?
Tiqran Sarkisyan tərəfindən bu mexanizm Serj Sarkisyana təklif olunanda o fikirləşmədən əməliyyata keçmək barəsində göstəriş verib. SSRİ dağıldıqdan sonra Rusiyanın almaz sənayesindəki bərbad vəziyyətdən istifadə edən Ermənistan rəhbərliyi 1993-2004-cü illər arasında böyük həcmdə Rusiya xam almazını Ermənistana gətirmək və onu emal edərək satış əməliyyatından ildə 250-300 milyon dollar dəyərində vəsait götürməyə müvəffəq olub. Vaxtilə Ermənistan xüsusi xidmət orqanının rəhbəri və Müdafiə naziri olmuş Serj Sarkisyanın da hələ o vaxtdan Rusiyanın kriminal aləmi ilə bağlı olan bu almaz biznesində əli və sanballı payı olub. Amma Rusiyanın oliqarx biznesmenləri vahid nəzarət altına götürüldükdən sonra Rusiyanın aparıcı almaz emalçısı olan ALROSA çıxardığı almazı özü emal edərək, daha baha qiymətə satmağa başlamış və nəticədə, Ermənistan almaz xammalından, Serj Sarkisyan isə milyonlarla gəlirdən məhrum olub. O vaxtdan etibarən Ermənistanın almaz biznesi tənəzzülə doğru gedib.
Almaz biznesini tam ələ keçirmək üçün prezident seçildikdən bir il sonra 2009-cu ildə qondarma dövlət proqrammı qəbul edən Serj Sarkisyan bu sahədə iş adamlarına «sərbəstlik» verildiyini bəyan edib. Paylak Ayrapetyan da 3.5 milyon dollar dəyərində investisiya qoyaraq, 400 nəfərin çalışdığı almaz emalı müəssisəsi yaradıb. Paralel olaraq, Serj Sarkisyan Rusiyadakı kanallarını işə salaraq, Rusiyanın Ermənistana 2009-cu ildə ayırdığı 500 milyon dollarlıq kreditin 100 milyonunu xam almaz formasında almaq üçün razılıq əldə edib. Əslində bu proqram ona görə ortaya atılmışdı ki, Paylak Ayrapetyan kimi iş adamları və erməni diasporasında pulu olan adamlar üzə çıxsınlar və Afrika və Ermənistanı əhatə edən bu işə sərmayə qoyub müəssisələr yaratsınlar. Mexanizm işə düşüb rentabellik əldə edən kimi müxtəlif dövlət vasitələrindən istifadə edərək onların «özəlləşdirilməsi» nəzərdə tutulub. Serj Sarkisyanın pula hərisliyini və öz marağını hər şeydən üstün tutmasını göstərən digər çox maraqlı məqam ondan ibarətdir ki, 2009-cu ildə dünya maliyyə böhranı nəticəsində, xüsusilə emal sənayeləri və almaz biznesi iflasa uğradığı halda, o dövlət kreditini iqtisadiyyatın digər ən çox ehtiyac duyan sahələrinə yönəltmək əvəzinə, tam ələ keçirmək istədiyi almaz biznesinə yönəldib.
Ermənistanın almaz mafiyasının «marketinq» və Afrikada «yeni bazarlar tapmaq» tapşırığını isə Aşot Sarkisyan ilə birlikdə Edvard Nalbandyan da yerinə yetirir. Ermənistan XİN-in almaz mafiyası ilə bağlılığını hələ Vartan Oskanyan yaradıb. Kaliforniyada və Belçikanın Antverpen şəhərində almaz biznesinə sahib olan Vardan Oskanyan Xarici işlər naziri olandan sonra daha fəal şəkildə bu biznesini davam edib.
Edvard Nalbandyan isə şəxsi almaz biznesinə malik olmasa da, Afrikada yeni almaz mənbələrini tapmaqdan xüsusi canfəşanlıq göstərir. Bu cür sədaqətli xidmətinə görə vəzifədə saxlanılır və biznes uğurlu olduqda, mafiyanın başında duran Sarkisyan tərəfindən mükafatlandırılır. 2012-ci ilin yayında vətəndaş müharibəsinin tüğyan etdiyi Konqo Demokratik Respublikasına səfər edəndə Ermənistan müxalifəti heç cür bu məntiqi anlaya bilməmişdi və parlamentdə Nalbandyan dövlət vəsaitini israf etməkdə ittiham olunub. Beynəlxalq tədbirlərdə əsasən mərkəzi Afrika ölkələri ilə görüşlərə üstünlük verən E.Nalbandyanın bu kimi «diplomatik addımları» da başa düşülmürdü. Efiopiyadakı erməni kilsəsi isə Afrikadakı qanlı almaz biznesinin qaranlıq məqamları ilə əlaqədar Edvard Nalbandyana öz tövsiyə və təkliflərini verməklə məşğuldur. Beləliklə, Sarkisyandan olsa qeyri-leqal biznesindən, o cümlədən qanlı almaz satışından gələn pulları nağd formada yığardı. Necə ki, qardaşı Saşik 45 milyon dollar nağd pula ABŞ-a getmək istəyirdi və ABŞ gömrüyü tərəfindən saxlanmışdı. Bankir Tiqran Sarkisyan offşor şirkətlər və qeyri-qanuni yollar vasitəsilə, bu pulların necə yuyulmasını və «sivil» qaydada toplanmasını və xərclənməsini Serj Sarkisyana öyrətməyə qismən müvəffəq olub. Təkcə bu sonuncu biabırçılıq olmasaydı hər şey yaxşı gedirdi.
Kamran
banner

Oxşar Xəbərlər