• çərşənbə axşamı, 23 aprel, 12:00
  • Baku Bakı 24°C

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib

16.04.18 14:56 492
Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasındaSerj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.
APA-nın "news.am” istinadən verdiyi məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib.
Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.
Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
banner

Oxşar Xəbərlər