• çərşənbə, 24 Aprel, 17:25
  • Baku Bakı 27°C

“Serj Sarkisyan hüquqi nöqteyi-nəzərdən beynəlxalq terrorçudur”

22.09.17 18:42 1362
“Serj Sarkisyan hüquqi nöqteyi-nəzərdən beynəlxalq terrorçudur”
Prezident İlham Əliyevin BMTBaş Assambleyasının 72-ci sessiyasındakı çıxışı dünya mediasının diqqət mərkəzindədir. Rusiyanın nüfuzlu "Vestikavkaza.ru” saytında dərc edilən məqalədə prezidentin çıxışına geniş yer verilib. "25 ildən çoxdur Ermənistan işğalçılıq siyasətini davam etdirir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır.Ermənistanın təcavüzü nəticəsindəAzərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Ermənistan azərbaycanlılara qarşıErmənistanda, DağlıqQarabağda vəAzərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”, - deyə sayt dövlət başçısının sözlərinin sitat kimi verib.
"Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib.Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanının hazırkı prezidentidir”, - deyə sayt prezidentin fikirlərinə yer ayırıb. Məqalədə qeyd edilir ki, ölkə başçısı BMT-dəki çıxışında diqqətə çatdırıb ki, aparıcı beynəlxalq təşkilatlarErmənistanınsilahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik ŞurasıErmənistansilahlı qüvvələrininAzərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
"Vestikavkaza.ru”nın əməkdaşı ilə söhbətində siyasi məsləhətçi, tarix elmləri namizədi Oleq Kuznetsov bildirib ki, beynəlxalq ictimaiyyət BMT-nin timsalında Yerevanı TŞ-nın qətnamələrini yerinə yetirməyə məcbur etmək qabiliyyətinə malikdir. "Planetimizdəki hər hansı bir kiçik dövlət istənilən halda daha böyük bir dövlətdən bu və ya digər formada asılı olur. Həmin ölkə onun tam sahibi rolunu oynamasa da, hər halda asılı dövlət kimi fəaliyyət göstərir. Bu, beynəlxalq münasibətlərin qanunudur. Bundan çıxış edərək demək olar ki, Ermənistanı BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməyə məcbur etmək gərəkdir. Ortaya belə bir sual çıxır – Yerevan üçün patron-dövlət rolunda kim çıxış edə bilər? Son vaxtlara qədər belə bir dövlət Rusiya idi. Lakin o da Ermənistanı BMT TŞ-nın qətnamələrini yerinə yetirməyə məcbur etməyə tələsmirdi. İndi isə biz müşahidə edirik ki, Yerevan avroatlantik istiqamətə doğru demarş edir. Və bəyan etmək istəyir ki, Rusiya əvvəlki kimi Ermənistanın tam ağası deyil. Bir faktı da nəzərə alaq ki, Ermənistan öz ərazisində ABŞ səfirliyi əməkdaşlarının sayına görə dünyada ikincidir (1,5 min nəfər). İlk yerdə isə İraq qərarlaşıb. Rusiya Ermənistanın xarici siyasətinin tam ağasıdır. Lakin Yerevanda real hakimiyyət rıçaqları həm də ABŞ-ın əlindədir. ABŞ və Rusiya hazırda gərgin rəqabət şəraitindədirlər və onlar bir-birinə kompromisə getməyəcəklər”, - deyə ekspert vurğulayıb.
Serj Sarkisyanın Xocalıda törədilən soyqırımında iştirakının xatırladılmasını şərh edən Oleq Kuznetsov bildirib ki, hüquqi nöqteyi-nəzərdən Ermənistan prezidenti beynəlxalq terrorçudur. "Serj Sarkisyan Qarabağ klanının, Ermənistanda hakimiyyətdə olan hərbi-siyasi xuntanın rəhbəridir. Xuntanın tərkibi Qarabağdakı separatçı qanunsuz hərbi birləşmələrin komandirlərindən ibarətdir. Ermənistanın bütün siyasi sistemi işğal altında olan bu Azərbaycan torpaqları ilə bağlıdır. Ermənistan özü isə Qarabağdakı beynəlxalq terrorçular tərəfindən yaradılan bu qondarma qurumun bir müstəmləkəsi rolunu oynayır”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin coğrafi şəraiti elədir ki, beynəlxalq ictimaiyyət Ermənistanı BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməyə məcbur edəcək gərəkli siyasi iradə nümayiş etdirənədək, Yerevan tərəfindən təxribatlar nəticəsində insanların öldürülməsi faktlarının qarşısını almaq mümkün olmayacaq. "Qarabağda müharibə gedir və sülhməramlı qüvvələrin ora göndərilməsinin heç bir effekti olmayacaq. Belə ki, onlar dağlıq ərazilər boyu yerləşəcəklər, bu isə onlarla km. məsafə deməkdir. Mən hesab etmirəm ki, dünyada hansısa dövlət eni 20 km və uzunluğu 500 km olan bir ərazidə öz hərbçilərini yerləşdirməyə razılıq versin. Heç kim 100 min kv. km ərazidə infrastrukturu təmin etmək və yerli əhalinin mövcudluğu ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəməz”, - deyə ekspert sülhməramlılarla bağlı sualı cavablandırarkən bildirib.
Öz növbəsində, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Dağlıq Qarabağ münaqişəsini "Kazan formulu” əsasında həll etmək mümkündür. "Bunu iki dəhliz, blokadanın götürülməsi, regionun silahsızlaşdırılması, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin işğaldan azad edilməsi müqabilində etmək mümkündür. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində mərhələ ilə iqtisadi, sosial və humanitar reinteqrasiya prosesinə başlanılmalıdır. Aydındır ki, əhali qayıtdıqdan sonra burada icmalar birgə yaşayacaq və bir növ kondominium vəziyyəti yaranacaq. Məhz belə bir vəziyyət münaqişələrin sülh yolu ilə müasir həll yoludur”, - deyə S.Markov bildirib.
O ki qaldı prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Ermənistanın rəhbərliyində hərbi cinayətkarın, Xocalı soyqırımını təşkil edən bir şəxsin əyləşməsini xatırlatmasına, ekspertin qənaətincə, bu, Yerevanın zəifləmiş mövqeyini daha da ağırlaşdırır. "Bir tərəfdən Xocalı məsələsi daha da yüksək mərtəbəyə qaldırılır və daha çox diqqət cəlb edir. Bu, artıq soyqırımının daha geniş meydançada nümayişi, orada həqiqətən də faciə yaşandığının tanınması deməkdir. Digər tərəfdən, Ermənistan rəhbərliyi bağlı qapı dalında daha radikal vəziyyətdə qalmış olur. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin münaqişədən sülh yolu ilə çıxmaq üçün "Kazan formulu”na üstünlük verməsi məntiqi olardı. Lakin Yerevan radikal əhval-ruhiyyəli diaspordan qorxur”, - deyə ekspert fikirlərinin tamamlayıb.

Azər
banner

Oxşar Xəbərlər