AZE | RUS | ENG |

“Serj Ermənistanın diktatoru olaraq qalacaq”

“Serj Ermənistanın diktatoru olaraq qalacaq”
Erməni ekspert hesab edir ki, Armen Sarkisyanın prezident olması heç nəyi dəyişməyəcək

Armen Sarkisyanın gülərüz siması heç nəyi dəyişməyəcək. Serj Sarkisyan Ermənistanın diktatoru olaraq qalacaq. Bunu Erməni Milli Konqresinin sədr müavini Levoz Zurabyan erməni saytlarına verdiyi müsahibədə bildirib. Xatırladaq ki, 22 il bundan əvvəl "Ermənistan Milli Konqresi” Partiyasının indiki lideri Levon Ter-Petrosyanın prezidentliyi dövründə Armen Sarkisyan baş nazir postuna dəvət olunmuşdu. 1996-cı il prezident seçkilərində müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham etmişdi. Hakimiyyətə xalqın dəstəyinin zəiflədiyi bir dövrdə Ter-Petrosyan heç kim tərəfindən tanınmayan və "üzügülər ziyalı” imicli Sarkisyanıhökumət başçısı etmişdi. Levon Zurabyan da hesab edir ki, indi Serj Sarkisyan vaxtilə Petrosyanln istifadə etdiyi metoddan istifadə edir. O, məhdud səlahiyyətlərə malik olan bu şəxsi prezident postuna dəvət edib. "Lakin indi hakimiyyət sistemləri fərqlidir”, - deyə o bildirib. "Belə demək mümkündür ki,  elə həmin metoddan istifadə olunur. Sadəcə başqa kontekstdə. O zaman siyasi sistem şəffaf idi, klan və mafioz, monopolist qruplaşmaların idarəçiliyindən ibarət deyildi. İndi isə belə bir sistem mövcuddur. Yəni insanlar ümid edirlər ki, elə bir insan gələcək ki, bütün bu korrupsiyalaşmış sistemə son qoyacaq. Lakin onlar yanılırlar”, - deyə Levon Zurabyan bildirib.
Siyasi və seçici texnologiyaları üzrə ekspert Armen Badalyan isə hesab edir ki, nə müxalifət qüvvələri, nə də cəmiyyət Serj Sarkisyanın baş nazir olmaq barədə planını dağıtmaq iqtidarında deyillər. "Müəyyən bir qisim insan aksiyaya çıxacaq, bu isə heç nəyi dəyişməyəcək. Bu, indiki prezidentin baş nazirə çevrilməsi planına təsir etməyəcək”. Onun qənaətincə, müxalifət konstitusiya islahatları üzrə referendumun keçirilməsinə nail olmalıdır. Ermənistanda seçki institutu mövcud deyil. Faizlər yalnız maliyyə resursları hesabına əldə olunur və bu da mövcud siyasi qüvvənin rəhbərinə lider olmağa imkan verir. Belə hal 20 il davam edə bilər”, – deyə ekspert əlavə edib.
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2545
TRY 1 Türk lirəsi 0.3654
KWD 1 Küveyt dinarı 5.6216
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.9810
CHF 1 İsveçrə frankı 1.7216
USD 1 ABŞ dolları 1.7000