• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Sərhəddə gecə əməliyyatları davam edib

21.05.13 10:32 1291
Sərhəddə gecə əməliyyatları davam edib
Polis gecə şübhəli görünən avtomobilləri saxlayaraq axtarışlar keçirib. Milli.Az-ın məlumatına görə, Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlar gecə boyu da davam edib. Şəki də əməliyyatların aparıldığı bölgəyə daxildir. Burada əməliyyatlar 24 saat fasiləsiz davam etdirilir.
Şəhərin giriş və çıxış hissələrində qurulan postlar gecə də öz yoxlamalarını həyata keçiriblər. Gecə saatlarında şəhərə daxil olan və çıxan avtomobillərdə axtarışlar həyata keçirilib. Qeyd edək ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.
Dörd gün daha davam edəcək əməliyyatlarda qeydiyyatsız yaşayan şəxslərin aşkar edilməsi və qanunsuz silahların axtarılması istiqamətində işlər aparılır.
banner

Oxşar Xəbərlər