• cümə, 19 Aprel, 21:58
  • Baku Bakı 24°C

Sərhədçi kursantlar hərbi and içdilər

20.10.14 13:31 1781
Sərhədçi kursantlar hərbi and içdilər
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gənc kursantların Azərbaycan Respublikasına, Vətənə və xalqa sədaqət andını – Hərbi Andı qəbul etmələri münasibətilə təntənəli mərasim keçirilib.
DSX-nın mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Akademiyasının “Döyüş bayrağı”nın sıra meydanına gətirilməsi ilə başlayan mərasim hərbi ənənələrə uyğun olaraq cari ildə DSX Akademiyasına qəbul olunmuş kursantların hərbi anda gətirilmələri ilə davam edib.
Mərasimdə DSX-nin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdıran Akademiyanın rəisi general-mayor Araz Məmmədov Azərbaycan sərhəd mühafizəsi üçün peşəkar zabitlərin hazırlanması işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunduğunu, Akademiyanın şəxsi heyətinin üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etmələrini və bundan şərəf duymalarını xüsusi vurğulayıb.
General-mayor A.Məmmədov mərasimdə iştirak edən kursant valideynlərinə və ailə üzvlərinə müraciət edərək, övladlarının sərhədçi zabit olmaq yolunu seçməklə, Vətənə layiqli müdafiəçi, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələri işinin daim diqqət mərkəzində olacağını, Akademiyanın zabit, gizir, professor-müəllim heyətinin bütün bilik, təcrübə və bacarıqlarını onlardan əsirgəməyəcəklərini bildirib.
Gənc kursantlar adından Əsgərov İbrahim çıxış edərək komandir və valideynləri qarşısında sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz verib.
Valideynlərdən Əliyev İlqar DSX Akademiyasında övladının təhsil almasından şərəf hissi keçirməsindən danışıb, gənc kursantlara dövlətinə, andına sadiq qalaraq mətin, mərd bir zabit kimi yetişmələrini,Vətən torpaqlarının müdafiəsinə hazır olmalarını arzulayıb.
Mərasimin rəsmi hissəsinin sonunda gənc kursantlar təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Daha sonra Akademiyanın akt zalında kursantların valideynləri və ailə üzvlərilə görüş keçirilib. Görüşdə qonaqlara Akademiya barəsində məlumat verilib və kursantların təlim-tərbiyəsində onların yaxından iştirak etmələrinin vacibliyi xüsusi qeyd olunub. Qonaqlar DSX Akademiyası ilə tanış olub və yeməkxanada kursantlarla birgə nahar ediblər.
banner

Oxşar Xəbərlər