• cümə, 26 Aprel, 22:30
  • Baku Bakı 22°C

Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq

30.07.17 10:30 975
Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq
Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.
Qeyd edək ki, Sərhəd qoşunlarına belə bir hüquq "Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq.
banner

Oxşar Xəbərlər