• cümə axşamı, 18 aprel, 10:28
  • Baku Bakı 12°C

Sərhəd Qoşunları 94-cü ildönümünü qeyd edir

17.08.13 09:12 2035
Sərhəd Qoşunları 94-cü ildönümünü qeyd edir
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti Sərhəd Qoşunlarının (SQ) 94 illiyi münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanının ziyarət edib.
APA-nın məlumatına görə, əvvəlcə Fəxri Xiyabana gələn DSX rəhbərliyi burada Heydər Əliyevin məzarı önünə əklil qoyub, daha sonra Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanında əbədi məşəl kompleksi önünə əklil qoyulub. Heyət sərhədçi, Milli Qəhrəman Eldar Məmmədovun məzarını da ziyarət edib. Jurnalistlərə açıqlamasında DSX-nın rəisi Elçin Quliyev bildirib ki, şəxsi heyəti Sərhəd Qoşunlarının yubileyini yüksək mənəvi psixoloji durumda qeyd edir: “Sərhəd Qoşunları Ali Baş Komandan tərəfindən qarşıya qoyulan bütün vəzifələri yetirməyə hazırdır”.
banner

Oxşar Xəbərlər