• şənbə, 20 Aprel, 17:33
  • Baku Bakı 23°C

Sərhəd nişanlarının qoyulması mərasimi keçirilib

22.02.18 12:40 626
Sərhəd nişanlarının qoyulması mərasimi keçirilib
Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimi keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Azərbaycan RespublikasınınDövlət Sərhəd Xidmətinin (DSX) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üzvləri iştirak edib.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra DSX-nin rəisi, general-polkovnikElçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.
Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.
banner

Oxşar Xəbərlər