AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sərhəd keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə məlumat yalandır

Sərhəd keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə məlumat yalandır

Cəmiyyət
28 Fevral 2020, 12:37 466
Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış mən­tə­qələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlu­mat­lar yayılmaq­dadır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir. 
Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­mə­yib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.
Həmsərhəd ölkələrin  sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­ib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında koronavirus xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunub.
Dövlət sərhədindən buraxılış məntəqə­lə­rində sanitar-ka­rantin nəza­rətinin gücləndirilməsi, koronavirus xəstəli­yi­nə yoluxma­ları­na şübhələr yaranan şəxs­­­lərin aşkarlanması və tibbi təx­liyəsi istiqa­mətində kompleks profilaktik tədbirlər hə­yata keçirilir. Dövlət sərhədindən buraxılış mən­təqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkə­yə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müa­sir tibbi texniki vasitələrdən isti­fadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr ya­ra­nan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət ol­­duqda tibbi təxliyələri təşkil edilir.
Dövlət sərhədindən keçən şəxslərin koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi təd­birlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xid­mət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar.