• şənbə, 20 Aprel, 16:24
  • Baku Bakı 23°C

Sergey Vertyankin: Yarışda rəqiblərimizə qarşı layiqli mübarizə aparacağıq

15.02.20 11:15 2503
Sergey Vertyankin: Yarışda rəqiblərimizə qarşı layiqli mübarizə aparacağıq
Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır. Biz Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku ərəfəsində gəlmişik ki, iki həftə əvvəldən alətləri sınaqdan keçirək. Qazaxıstan komandasını iki nəfər batut gimnastikası, iki nəfər isə tamblinqdə olmaqla dörd idmançı təmsil edəcək.
AZƏRTACxəbər verir ki, bu sözləri Bakıdakı Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edən Qazaxıstanın batut gimnastikası və tamblinq üzrə komandasının baş məşqçisi Sergey Vertyankin deyib.
S.Vertyankinin sözlərinə görə, dünya kubokuna ən güclü idmançılar gələcək: "Hər yarış ərəfəsində biz səviyyəni yüksəldirik. İdmançılarımızın çətin proqramları icra etməsi lazımdır ki, finala çıxıb medalllar uğrunda mübarizə aparsınlar. Yarışa gələcək komandalar güclüdür, hər birinin güclü idmançıları, liderləri var. Onlarla layiqli mübarizə aparacağıq”.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə dünya kuboku fevralın 15-16-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Otuz ölkədən 150-dək gimnastının mübarizə apacağı turnir Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
banner

Oxşar Xəbərlər