• cümə, 26 Aprel, 22:59
  • Baku Bakı 22°C

Sergey Şoyqu və Hakan Fidan Hələbdəki vəziyyəti müzakirə ediblər

17.12.16 20:51 726
Sergey Şoyqu və Hakan Fidan Hələbdəki vəziyyəti müzakirə ediblər
Rusiya Müdafiə naziriSergey Şoyquilə Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəisi Hakan Fidan arasında telefon danışığı olub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb.Suriyaərazisində hərbi və humanitar vəziyyətin normallaşması və atəşkəs rejiminin təmin olunması üçün şəraitin yaradılmasıilə bağlı konkret addımların atılması müzakirə olunub.
S. Şoyqu Hakan Fidana Kayseri şəhərində baş verən terror aktı ilə bağlı başsağlığı da verib.
Rusiya MN S. Şoyqunun suriyalı və iranlı həmkarları Fahed Casem əl-Frec və Hüseyn Dehqan ilə də telefon danışığı apardığı haqqında məlumat da yayıb. Telefon danışıqlarının müzakirə mövzusu Hələbdəki, ümumilikdə Suriyadakı vəziyyət olub.
banner

Oxşar Xəbərlər