• çərşənbə, 24 Aprel, 05:31
  • Baku Bakı 14°C

Sergey Skripalın səhhəti pisləşib

18.02.19 10:45 322
Sergey Skripalın səhhəti pisləşib
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti, ötən il naməlum şəraitdəzəhərlənmişSergey Skripalın səhhəti pisləşib.
"Report" xəbər verir ki, bu haqda mənbəyə istinadən "The Sunday Times" qəzeti yazır.
Nəşrin məlumatına görə, hazırda həkimlər Skripalın vəziyyətinəgüclü şəkildə nəzarətedirlər. Həkimlər67 yaşlı keçmiş kəşfiyyatçının səhhətinin zəhərlənmədən sonra tamamilə bərpa ola bilməyəcəyindən ehtiyat edirlər.
"Onun səhhəti pisləşdi, Skripala evdə tibbi yardım göstərilir", - deyə mənbə bildirib.
Toksikoloqlar etiraf ediblər ki, uzunmüddətli perspektivdə "Noviçik" zəhərinin təsirinin nəticələri barədə əvvəlcədən xəbər verə bilmirlər.
Daha əvvəlAvropa İttifaqı(Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabitiSergey Skripalın zəhərlənməsindəiştirakına görə Rusiyanın9vətəndaşına və bir müəssisəsinə qarşı sanksiyatətbiq edib.
banner

Oxşar Xəbərlər