• cümə, 26 Aprel, 07:02
  • Baku Bakı 12°C

Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının iclasında iştirak edəcək

07.08.18 11:33 468
Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının iclasında iştirak edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 11-də Aktauda keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə TASS-a stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
"Sergey Viktoroviç Lavrov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə olmağı planlaşdırır", - diplomat deyib.
Xatırladaq ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan dövlət başçılarının iştirakı ilə keçiriləcək 5-ci Xəzər sammiti ərəfəsində baş tutacaq.
Sammitin əsas yekun sənədinin 2017-ci il dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə razılaşdırılanXəzər dənizinin hüquqi vəziyyəti haqqında Konvensiya olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər