• şənbə, 20 Aprel, 13:03
  • Baku Bakı 23°C

Sergey Lavrov: "Rusiya və ABŞ Suriya üzrə sənədlər paketi imzalayıb"

10.09.16 09:43 983
Sergey Lavrov: "Rusiya və ABŞ Suriya üzrə sənədlər paketi imzalayıb"
Suriyada atəşkəs rejimi 7 gün ərzində tam qüvvəyə minməlidir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziriSergey LavrovCon Kerriilə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Rusiya və Amerika Birləşmiş Ştatları sentyabrın12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatlarıtam dayandırmağaçağırıb.Atəşkəs rejiminin qüvvəyə minməsindən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsiistiqamətindəpraktiki məsələlərlə məşğul olacaqlar”, deyə S.Lavrov qeyd edib.

Onun sözlərinə görə, Cenevrədə əldə olunan razılaşmalarSuriyaüzrə danışıqların bərpasını yaxınlaşdıracaq: "Əlimizdən gələni edəcəyik ki, münaqişə tərəfləri sənədlərdə əks olunan razılaşmalara riayət edib danışıqlar masasına dönsünlər.Suriyarəhbərliyi artıq sənədlərlə tanış olub”.

Lavrov həmçinin bildirib ki, Rusiya və ABŞ arasındaSuriyaböhranı ilə bağlı beş sənədimzalanıb. Detalları açıqlanmayan razılaşmaların sentyabrın 12-dən qüvvəyə minəcəyi vurğulanıb.
banner

Oxşar Xəbərlər