• çərşənbə, 24 Aprel, 11:23
  • Baku Bakı 13°C

Sergey Lavrov: "Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə ediblər"

28.10.16 15:31 794
Sergey Lavrov: "Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə ediblər"
"Üçtərəfli və ikitərəfli görüşlərdə Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə ediblər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziriSergey Lavroviranlı və suriyalı həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Suriyadaterrorçuların məhv edilməsinə, sülhün bərqərar olunmasına, habelə iqtisadiyyatın və mülki infrastrukturun bərpasına hazır olduğumuzu bəyan etdik", - deyə Lavrov qeyd edib.

Rusiya XİN başçısıSuriyanümayəndə heyətinin sabah danışıqlar aparmaq üçün Cenevrəyə getməyə hazır olduğunu söyləyib: "Suriyada siyasi dialoqu bərpa etmək vacibdir. HamımızSuriyamünaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bunun başqa yolu yoxdur".

S. Lavrov Suriyada humanitar vəziyyətə də toxunub: "Suriyada humanitar təşkilatlar kifayət qədər peşəkar fəaliyyət göstərmir.BMT-nin humanitar fəaliyyətlə məşğul olan nümayəndələrinin fəaliyyətsizliyi terrorçuların tibbi təxliyəni pozmasına imkan verib. BizBMTnümayəndələrini hazırda Hələbdə aparılan isterik yalan kampaniyasına inanmamağa çağırırıq".
banner

Oxşar Xəbərlər