• cümə axşamı, 28 mart, 16:03
  • Baku Bakı 16°C

"Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

13.12.18 13:52 489
"Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"
"Rusiya xarici işlər naziriSergey LavrovBakıya səfəri zamanıDağlıq Qarabağmünaqişəsini müzakirə edəcək".
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsüMariya Zaxarovajurnalistin bu ölkənin XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ilə bağlı sualına cavab verərkən bildirib.
"Rusiya xarici işlər nazirinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi həmişə əsas mövzulardan biri olur. Bu, əlbəttə ki, Rusiyanın bu prosesin həmsədr ölkəsi olması və bu mövzunin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır", - o deyib.
Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 14-dəQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu günBakıya gələcək.
banner

Oxşar Xəbərlər