• cümə, 29 Mart, 19:24
  • Baku Bakı 14°C

“Serebro”nun gələcəyi vaxt bəlli oldu

09.09.13 13:24 1924
“Serebro”nun gələcəyi vaxt bəlli oldu
Rusiyanın məşhur qrupu Bakıda yayın son gecəsini keçirəcək. 3 qızdan ibarət “Serebro” qrupunun Bakıya gələcəyi vaxt bəlli olub. Gərgin iş rejimində çalışan qızlar paytaxtımıza sentyabr 14-də gələcəklər. Bu haqda Lent. az-a onlarla eyni səhnəni bölüşməyə hazırlaşan gənc müğənni Ülvi Rəşidov məlumat verib.
Onun sözlərinə görə, konsertdə bir çox sürprizlər olacaq: “Bir çoxları mənim konsertimin uğurlu keçəcəyinə inanmır. Bəlkə də onlar məni ruhdan salmaq istəyirlər. Amma burdan səslənirəm ki, onların arzuları gerçəkləşməyəcək. Bu konsert mənim üçün çox önəmlidir, ciddi şəkildə hazırlaşıram, maraqlı duetlərim olacaq. Sözügedən qrup Azərbaycanda kifayət qədər sevilir”.
banner

Oxşar Xəbərlər