• çərşənbə, 24 Aprel, 16:25
  • Baku Bakı 27°C

Sərdar Cəlaloğlu: “Milli Şura ilə mübarizə aparacağıq”

30.05.13 14:19 1489
Sərdar Cəlaloğlu: “Milli Şura ilə mübarizə aparacağıq”
“ADP sırf istiqlalçı mövqedən çıxış etdiyinə görə Milli Şura ilə bağlı müzakirələrdə iştirakı arzu olunmayıb”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib.
Onun sözlərinə görə, ADP-nin Milli Şura istiqamətində aparılan danışıqlarda iştirakına imkan verilməyib: “Bizim Milli Şurada hər hansı formada iştirakımıza etiraz ediblər. Bizimlə əvvəlcədən müzakirə aparmaq fikirləri olmayıb”.
S.Cəlaloğlu qeyd edib ki, bütün bunlara baxmayaraq, Milli Şuranın məqsədləri aydın olandan sonra partiyanın qurumda təmsilçiliyi müzakirə mövzusu ola bilər: “Milli Şura, onun tərkibi barədə müzakirələr hələ də davam edir. Bəzi məsələlər isə hələlik tam aydınlaşmayıb. Əgər onlar xalqa xidmət etsələr, hətta biz ora qatılmasaq belə, Milli Şuranın fəaliyyətinə dəstək vermək bizim borcumuzdur. Lakin məqsədlər, məramlar bizim ümumi məqsəd və maraqlarımıza uyğun gəlməsə, nəinki Milli Şuraya qatılmayacağıq, hətta yeri gələndə rəqib kimi mübarizə aparacağıq”.
banner

Oxşar Xəbərlər