• cümə axşamı, 28 mart, 20:27
  • Baku Bakı 13°C

Sərdar Cəlaloğlu istefasını geri götürəcəkmi? - Açıqlama

17.10.13 12:09 1528
Sərdar Cəlaloğlu istefasını geri götürəcəkmi? - Açıqlama
“İlk dəfə partiyadan, siyasətdən 2005-ci ilin parlament seçkilərindən sonra getmək istədim. Çünki məğlubiyyəti kimsə öz üstünə götürməlidir. Lakin siyasətçi dostlarımız buna imkan vermədilər. Belə əsaslandırdılar ki, burda ümumi məğlubiyyət olub, bu səbəbdən də fərdi məğlubiyyətdən söhbət gedə bilməz. Amma indi partiyanın prezidentliyə namizədi idim və nəticələrə görə ilk reaksiyam istefa vermək oldu”.
Bunu APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu bir neçə gün əvvəl seçkinin nəticələrinə görə, partiya sədrliyindən istefasının səbəbləri haqda danışaraq, deyib ki, bu qərara gəlməsi ilə baş verən uğursuzluğun bütün məəssuliyyətini öz üzərinə götürmək istəyib: “Mən radikal müxalifətdən fərqli olaraq, iqtidara nə düşmənçilik edirdim, nə də radikal şüarla çıxış edirdim. Düşünürdüm ki, iqtidarın da mənə münasibəti, ən azı mənim onlara münasibətimə adekvat olacaq. İstefamı geri götürmək niyyətim isə yoxdur. Baxmayaraq ki, artıq partiya sədri olan bir neçə dostum bununla bağlı mənə müraciət edib. Onlar inandırmağa çalışırlar ki, hazırkı məqamda mənim siyasi səhnədə olmağım lazımdır. Niyə mən yox, kimlərsə partiyadan çıxmalıdır? Bir sıravi ADP-çinin partiyadan uzaqlaşmasındansa, özümün vəzifədən getməyimi daha zəruri hesab edirəm. Bununla da çox maraqlı nəticə alındı. Yəni, hətta partiyadan gedənlər belə mənim istefama qarşı çıxdılar. Bu və partiya sədrlərinin istefamdan çəkindirmək niyyətləri mənə stimul verib. Bu da mövqeyimin düzgün olduğunu göstərir”.
S. Cəlaloğlu onu da qeyd edib ki, İdarə Heyəti onun istefa ilə bağlı arqumentlərini əsaslı hesab etməyib: “Əksinə hesab ediblər ki, bu kurs davam etdirilməlidir. Arqumentlər qoyaraq, sübut etdilər ki, vəzifəmi icra etməliyəm. Ali Məclisin keçiriləcəyi tarix isə bəlli deyil. Bunun üçün Ali Məclisin Rəyasət Heyətinin qərarı olmalıdır. ADP-nin Ali Məclisinin sessiyası 3 aydan bir keçirilir. Ali Məclisin sonuncu sessiyası avqustda keçirilib. Növbəti sessiya dekabr-yanvar aylarına təsadüf etməlidir. Bundan sonra qurultayın keçirilməsi üçün təşkilat komitəsi yaradılacaq və həmin tədbirə hazırlıq prosesinə start veriləcək. Hələlik vəzifəmi icra edirəm”.
banner

Oxşar Xəbərlər