• şənbə, 20 Aprel, 16:55
  • Baku Bakı 23°C

Sərdar Cəlaloğlu da namizəd oldu

28.08.13 13:33 1537
Sərdar Cəlaloğlu da namizəd oldu
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sessiyası keçirilib.
ADP-dən APA-ya verilən məlumata görə, sessiya yalnız bir məsələyə baxılıb. Ali Məclis ADP İdarə Heyətinin partiyanın prezident seçkilərində iştirakı, təşkilatın sədri Sərdar Cəlaloğlunun namizədinin irəli sürülməsi təklifinin dəstəklənməsinə dair qərar qəbul edib.
İclasda Təşəbbüs Qrupu və Seçki Qərargahının formalaşdırılmasına, S. Cəlaloğlunun namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına dair də qərarlar verilib. Bundan başqa, S. Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib.
S. Cəlaloğlu APA-ya açıqlamasında namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlərin günün ikinci yarısında MSK-ya təqdim ediləcəyini bildirib.
banner

Oxşar Xəbərlər