• cümə axşamı, 18 aprel, 18:56
  • Baku Bakı 21°C

Sərdar Cəlaloğlu ADP sədrliyindən getdi - İstefa

11.10.13 09:58 1454
Sərdar Cəlaloğlu ADP sədrliyindən getdi - İstefa
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir ki, Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan Respublika Prezidentliyinə namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib.
Ərizədə deyilir: “Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm.
2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm.
Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.
Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz.
Qeyd edək ki, partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.
banner

Oxşar Xəbərlər