Serbiya prezidenti Türkiyəyə səfər edəcək
Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyəyə səfər edəcək. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyənin dövlət başçısı administrasiyasına istinadən məlumat yayıb. Məlumata görə, səfər iki gün davam edəcək. Mayın 6-7-də Türkiyə-Serbiya Əməkdaşlıq Şurasının birinci iclası keçiriləcək. İki ölkənin əməkdaşlığının genişlənməsi yolları müzakirə ediləcək. Habelə regional və beynəlxalq məsələlərə toxunulacaq.