Serbiya prezident seçkilərinə hazırlaşır

Serbiya prezident seçkilərinə hazırlaşır

Təfsilat
16 Dekabr 2019, 10:45 131
Serbiyada növbəti prezident seçkiləri gələn il aprelin 2-nə təyin olunub.
AZƏRTAC xəbər verir ki, əsas namizəd hazırki prezident Aleksandr Vuçiçdir. Onun partiyası ölkəni idarə edən koalisiyanın ən güclü həlqəsidir. Koalisiya parlamentdə 250 mandatla böyük əksəriyyət təşkil etməkdədir. A.Vuçiç seçkiyə bir ay qalmış vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Gələn ilin mart və ya aprel ayında ölkədə parlament və yerli özünüidarəetmə orqanlarına da seçkilər gözlənilir.