Serbiya portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub

Serbiya portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub

Cəmiyyət
14 Yanvar 2020, 10:45 182
Serbiyanın www.pressserbia.com portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub.
 
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın tarixi, Bakı və onun arxitekturası, Neft Daşları və turistlərə maraqlı olacaq digər yerlər barədə məlumat verilir. Bildirilir ki, özündə Şərqi və Qərbi birləşdirən Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, hər il yüz minlərlə turist qəbul edir. Bunun üçün şəhərdə hər turistə uyğun müxtəlif kateqoriyalı otel və qonaq evləri, habelə restoran və kafelər fəaliyyət göstərir. Ümumilikdə, ölkəyə ildə ortalama 3 milyon turist gəlir.
 
Məqalədə qeyd olunur ki, ölkədə 7500-dən çox qədim abidə, arxeoloji və tarixi yerlər var. Bunların sırasında Atəşgah, Qobustan qayaları, Yanardağ, Gəncə, Lənkəran və digər rayonlardakı arxeoloji məskənlərin adları çəkilir.