• cümə, 29 Mart, 09:23
  • Baku Bakı 5°C

Serbiya klubuna keçən futbolçumuz: “Əlimdən gələni edəcəyəm”

14.09.13 11:00 1455
Serbiya klubuna keçən futbolçumuz: “Əlimdən gələni edəcəyəm”
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Murad Hüseynovun Serbiyanın "Sloboda" klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, Super Liqa klubu futbolçumuzu ictimaiyyətə təqdim edib.
Təqdimat mərasimində çıxış edən Murad yeni klubu ilə bağlı bunları deyib: “Sloboda”nın iddialı klub olduğunu bilirəm. Mən Serbiya futbolu və yeni klubum barədə geniş məlumata malikəm. Bilirəm ki, “Sloboda” avrokuboklarda çıxış etməyi hədəfləyir. Serbiyada oynamaq üzrə müəyyən təcrübəm var. 2 il əvvəl “Mladost”da çıxış etmişəm. Əlimdən gələn hər şeyi edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum”.
banner

Oxşar Xəbərlər