• çərşənbə, 24 Aprel, 01:31
  • Baku Bakı 14°C

“Sərbəst toplaşma haqqında” qanuna yenidən baxılsın - Təklif

29.10.13 10:34 1686
“Sərbəst toplaşma haqqında” qanuna yenidən baxılsın - Təklif
APA-nın məlumatına görə, çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, son vaxtlar bu qanunun tələbləri ciddi şəkildə pozulur.
O söyləyib ki, bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edib: “Artıq mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və istədikləri vaxt aksiya keçirə bilirlər. Lakin görünən odur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki hər toplaşdıqlarında sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozurlar, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan çağırışlarından ibarətdir. Bu da onların bu hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də biz mütləq bunun qarşısını almaq üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə yenidən baxmalıyıq”.
banner

Oxşar Xəbərlər