• çərşənbə axşamı, 16 aprel, 13:30
  • Baku Bakı 19°C

Sərbəst güləşçilərimiz "Əhməd Kadırov" turnirində yarışacaq

24.11.18 09:15 584
Sərbəst güləşçilərimiz "Əhməd Kadırov" turnirində yarışacaq
Noyabrın 24-25-də Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborov (125 kq) təmsil edəcək. Bu turnirdə Hacımurad Hacıyev və Aslanbek Alborov yuxarı çəkidə qüvvəsini sınayacaq.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yarışda ədaləti qoruyacaq.
banner

Oxşar Xəbərlər