AZE | RUS | ENG |

Sərbəst güləş üzrə yığmamız Avropa çempionatında üçüncü yeri tutub

Sərbəst güləş üzrə yığmamız Avropa çempionatında üçüncü yeri tutub
İspaniyanın Pontevedra şəhərində keçirilmiş gənc güləşçilər arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə Azərbaycan yığması yarışda komanda hesabında üçüncü yeri tutub. 115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi bir xal ayırıb. Rusiya yığması isə 205 xalla Avropa çempionu olub.
Xatırladaq ki, komandamızın heyətində Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıblar.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945