• cümə, 19 Aprel, 19:51
  • Baku Bakı 24°C

Sərbəst güləş üzrə muxtar respublika birinciliyi başa çatıb

07.05.16 14:19 1742
Sərbəst güləş üzrə muxtar respublika birinciliyi başa çatıb
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
AZƏRTACxəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 100-dən çox pəhləvan 10 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın nəticələrinə əsasən 9 çəki dərəcəsində Naxçıvan şəhər təmsilçiləri Abbas Nəzərəliyev (42 kiloqram), Muxtar İbrahimov (46 kiloqram), Bağır Zeynalov (50 kiloqram), Bəhlul Əsgərov (54 kiloqram), Sərdar Əliyev (58 kiloqram), Murad Quliyev (63 kiloqram), Rauf Qurbanov (76 kiloqram), Səbuhi Babayev (85 kiloqram) və Sərxan Əliyev (100 kiloqram) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Şərur rayon təmsilçisi Onur Tağıyev isə 69 kiloqram çəki dərəcəsində qalib olub.
I, II və III yerləri tutmuş idmançılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
"Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olan "Naxçıvan” komandasına kubok təqdim edilib.
banner

Oxşar Xəbərlər