• cümə, 19 Aprel, 06:58
  • Baku Bakı 13°C

Şərab istehsalçılarının problemləri müzakirə olunub

02.08.18 14:45 384
Şərab istehsalçılarının problemləri müzakirə olunub
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşə "Aqro-Azərinvest”, "Aspi-Aqro”, "Abşeron Şərab”, "Gəncə Şərab-2”, "Şərq Ulduzu”, "Göygöl Şərab Zavodu”, "Fireland Vineyards”, "AzGranata”, "Cəlilabad Şərab-2”, "Aqroinvestkom”, "Naiqin&Co” şirkətlərinin nümayəndələri qatılıblar.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənAZƏRTAC-a bildiriblər ki, görüşdə şərab istehsalçılarının problemləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Nazir İnam Kərimov assosiasiyaların fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin yaradıldığını qeyd edib. Görüşdə elmi nailiyyətlərin kommersiyalaşdırılması məsələsinə toxunan nazir Aqrar Elmin İnkişafı Proqramı üzərində işlənildiyini, yerli kadr çatışmazlığının tezliklə aradan qalxacağına əmin olduğunu vurğulayıb.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə lizinq yolu ilə verilməsi, texniki üzüm sortlarının tingçiliyinin inkişafı, qablaşdırma məsələləri, keyfiyyətə nəzarət və dequstasiya komissiyasının fəaliyyəti, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə edilib.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.
banner

Oxşar Xəbərlər