• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

Milan Məhkəməsi Luka Volonteyə bəraət verdi

13.02.18 19:05 852
Milan Məhkəməsi Luka Volonteyə bəraət verdi
Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı". Bunu APA-ya açıqlamasında millət vəkili Elxan Süleymanov deyib.
"Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm", - deyə E. Süleymanov qeyd edib.
Azərbaycanın uğurlarını "həzm etməyən” qüvvələr 5-ci kolon vasitəsilə yalnız ölkə daxilinə müdaxilə etməklə kifayətlənmir, eyni zamanda beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Əsasən erməni diaspor təşkilatlarına və onların maliyyəsi ilə fəaliyyət göstərən siyasilərə bağlı olan belə qüvvələr Azərbaycanı dünyanın ən geridə qalmış, qeyri-demokratik ölkəsi kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırlar. 2017-ci ilin aprel ayında Milanda Avropa Şurası Parlament Assambleyasının İtaliyadan olan üzvüLuca Volonteyə qarşı başladılan məhkəmə prosesi də bu oyunların tərkib hissəsi idi. Müstəntiqlər onu Britaniya ofşorları vasitəsilə 2,39 milyon avro məbləğində qanunsuz ödənişlər qəbul etməkdə ittiham edirdilər.
Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilində fəal rol oynayan qüvvələr bu məhkəmə vasitəsilə dünyaya sübut etmək istəyirdilər ki, ölkəmiz barədə müsbət rəy bildirən, reallıqları etiraf edən hər bir əcnəbi siyasətçi, yaxud deputat, rəsmi şəxs bunun müqabilində rüşvət alır. Sapı özümüzdən olan baltaların xaricə ötürdüyü donoslarda L.Volontenin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə 2011-ci ildə ölkəmizə gəldiyi vurğulanır, məhz həmin andan etibarən "ələ alındığı” diqqətə çatdırılırdı. Halbuki, tək L.Volonte deyil, onunla bağlı bu kimi dezinformasiyalar ictimailəşdirilən zaman Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iddiaları rədd edirdi. Bildirirdi ki, bu kimi məlumatların heç bir əsası yoxdur. Millət vəkili qeyd edirdi ki, xaricdə Azərbaycanın marağını kim müdafiə edirsə, ölkəmizin xeyrinə kim bir söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu hədəfə alır, şantaj edirlər. Onun sözlərinə görə, burada başlıca məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdən ibarətdir.
Həmin vaxt ölkəmizdəki qaragüruh dəstəsi və xaricdəki ermənipərəst dairələr YAP rəsmisinin bu açıqlamasına da əhəmiyyət vermir, öz yalanlarını, şər-böhtanlarını beynəlxalq aləmə həqiqət kimi sırımağa çalışırdılar. Lakin bu məsələdə həqiqətin gec-tez üzə çıxacağı, ədalətin bərqərar olacağı sağlam düşüncəli hər kəsə bəlli idi. L.Volonte bəraət aldı və beləliklə də Azərbaycana düşmən kəsilən qüvvələrin, o cümlədən ermənipərəst dairələr və onların əlində alətə çevrilənlərin planları növbəti dəfə fiaskoya uğradı.
Bu münasibətlə biz də millət vəkili E.Süleymanovun fikirlərinə qatılır, ölkəmizə, deputatımıza və L.Volonteyə qarşı şər və böhtan kampaniyası həyata keçirən bütün avropalı təşkilatçılara, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı veririk!
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər