• çərşənbə axşamı, 23 aprel, 16:48
  • Baku Bakı 24°C

Ser Aleks “Messi, yoxsa Maradona” sualına nə cavab verdi?

28.01.19 12:15 556
Ser Aleks “Messi, yoxsa Maradona” sualına nə cavab verdi?
"Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson Messi ilə Maradonanı müqayisə edib.
Kaspi.az xəbər verir ki, ser Aleks bu müqayisədə üstünlüyü "Barselona”nın futbolçusuna verib. O, fikrini onunla əsaslandırıb ki, Leo uzun illər sabit çıxış etməyi bacarıb:
"Messi Maradonadan yaxşıdır. Ona görə ki, Maradona karyerası ərzindən cəmisi bir neçə il zirvədə olub. Messi isə uzun illərdir ki, sabit oyun göstərir”.
Messili "Barselona” Ferqyusonun çalışdırdığı "Mançester Yunayted”i Çempionlar Liqasının finalında iki dəfə məğlub edib.
banner

Oxşar Xəbərlər