• çərşənbə axşamı, 23 aprel, 20:53
  • Baku Bakı 20°C

Separatçıların liderinin Moskvada “Yeni Naxçıvan” təxribatı

14.04.14 12:29 1326
Separatçıların liderinin Moskvada “Yeni Naxçıvan” təxribatı
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçı qurumun “rəhbəri” erməni apostol kilsəsinin yığıncağında iştirak edib. Bunun ardından separatçıların lideri ötən ilin sentyabrında açılış mərasimi gerçəkləşən Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” üzrə yeparxiyasının iqamətgahında olub. Kilsənin baş keşişi Yezras Nersisyan “DQR”lə əlaqələrin inkişaf etdirilməsindən söz açıb. Görüşdə separatçı rejimin “baş nazirinin müavini” Artur Aqabekyan, Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan da iştirak edib.
Qeyd edək ki, Moskvada ermənilərə məxsus böyük kilsə kompleksi olan Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” adlandırılan yeparxiyasının açılışı ötən ilin sentyabr ayında baş tutub. Kilsənin “Yeni Naxçıvan” adlandırılması ermənilərin Azərbaycana qarşı növbəti ərazi təxribatıdır.
banner

Oxşar Xəbərlər