• şənbə, 20 Aprel, 20:39
  • Baku Bakı 24°C

Separatçıların Aİ ölkələrinə qanunsuz səfərləri müzakirə edilib

27.05.18 16:03 625
Separatçıların Aİ ölkələrinə qanunsuz səfərləri müzakirə edilib
Bu gün xarici işlər naziriElmar Məmmədyarovölkəmizdə rəsmi səfərdə olan Fransa xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib/
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-a verilən məlumata görə, Fransa xarici işlər naziri Azərbaycan prezidentiİlham Əliyevtərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını söyləyib.
Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilənAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik edib. Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər. Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə sərmayə qoyuluşunun təşviqinin və bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin tərəflər Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakının və birgə istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini qeyd ediblər.
E. Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat və infrastruktur layihələrin haqqında danışaraq sözügedən layihələrin reallaşmasının regionda sabitliyə və inkişafa xidmət etdiyini bildirib. Nazir bu layihələrin region ölkələri iləAvropa İttifaqıarasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyinə ümidini ifadə edib.
Tərəflər Azərbaycan vəAvropa İttifaqıarasında əməkdaşlıq məsələlərinə toxunublar və Fransanın AzərbaycanınAvropa İttifaqıilə əlaqələrinin inkişafına göstərdiyi dəstək yüksək qiymətləndirilib. E. Məmmədyarov bu il mayın 15-də ParisdəATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü xatırladıb. Xarici işlər naziri deyib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı,BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması təmin edilməlidir. E. Məmmədyarov bir daha bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə və qondarma rejimin nümayəndələrininAvropa İttifaqıölkələrinin ərazilərinə daxil olması məsələsinə toxunan E. Məmmədyarov münaqişənin danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi kimi bu kimi qanunsuz əməllərin qarşısının alınmasının vacibliyini diqqətə çəkdi.
Görüş zamanı həmçinin elm, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanda fransız dilinin tədrisi və təşviqi istiqamətində görülən tədbirlər təqdir edilib.
banner

Oxşar Xəbərlər