• cümə axşamı, 25 aprel, 12:54
  • Baku Bakı 23°C

Separatçılara qadın rəhbərlik edə bilər

07.02.20 18:23 3773
Separatçılara qadın rəhbərlik edə bilər
Qondarma qurumda seçkilər ərəfəsi münaqişə zonasında gərginlik artır

Qondarma Dağlıq Qarabağ Respublikasında "seçki” həyəcanı başlayıb. Nikol Paşinyanın separatçı ərazidə nəzarəti ələ almaq istəyinə qurumun rəhbərliyi hər vəchlə mane olmağa çalışır. Rusiya mediası yazır ki, "seçkiqabağı” Dağlıq Qarabağ münaqişənin yenidən alovlanması ehtimalı da artıb. Artıq ATƏT-in Minsk qrupunun missiyası qoşunların təmas xəttində planlı monitorinqə başlayıb. Bütövlükdə bölgədə vəziyyət sabit olaraq qalır. Arabir atəş səsləri eşidilsə də, vəziyyət hələ ki, nəzarət altındadır. Lakin Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, "martın 31-də keçiriləcək "prezident” və "parlament” seçkiləri ərəfəsində vəziyyətin həddən artıq gərginləşə biləcəyi gözlənilir. Budəfəki monitorinq xüsusidir - "seçkilər” yaxınlaşır. Və separatçı qurumun yeni rəhbəri seçiləcək. İndiki rəhbər Bako Saakyan artıq ikinci müddətdir ki, "prezident”liyini yaşayır. Bu səbəbdən də üçüncü dəfə namizədliyini verə bilmir”. Rusiya nəşri yazır ki, rəsmi Bakı separatçı qurumda keçiriləcək "seçkiləri” tanımır. "Əvvəlki illərdə hər seçkilər ərəfəsində gərginlik artırdı. Maraqlıdır ki, bu yaxınlarda rəsmi Bakı nəzarəti altında olmayan ərazilərin sakinlərini Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb. Bununla da bildirmək istəyib ki, buranın sakinlərinə öz vətəndaşları kimi görür. Lakin separatçı qurumun əhalisinin bu dəvətə müsbət reaksiyasını gözləməyə dəyməz”, - deyə "Nezavisimaya qazeta” yazır.
Qeyd edilir ki, qondarma qurumun "Mərkəzi Seçki Komissiyası” "seçkilər”də iştirak etmək istəyən namizəd və partiyaların qeydiyyatına başlayıb. Qeydiyyat fevralın 15-də başa çatacaq. "Prezidentlik” ambisiyalarını artıq qondarma qurumun bir sıra tanınmış şəxsləri açıqlayıb. Bunlar qondarma qurumun müdafiə qüvvələrinin keçmiş komandanı Samvel Babayan, "xarici işlər naziri” Masis Mailyan, "parlament”in spikeri Aşot Qulyan, "Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyan, keçmiş "dövlət naziri” Araik Arutunyandır. Onlarla rəqabət aparacaq şəxslər sırasına "Daşnaksütyun” Erməni inqilab federasiyasının nümayəndəsi David İşxanyan, müxalifətçi "Milli intibah”dan olan Ayk Xanumyan, eləcə də, qondarma DQR tarixində ilk dəfə qadınlar - ictimai fəal Kristiana Balayan və jurnalist Bella Lalayan da var. Kristiana Balayanın xeyli dəstəkçisinin olduğu vurğulanır. "Prezident”in mətbuat katibi David Babayn da namizəd ola bilər. Politoloqlar hesab edirlər ki, qələbəyə əsas namizədlər Mailyandır. Onun liberal qüvvələrin və rəsmi Yerevanın dəstəyini qazandığını bildirir. "Azad Vətən” partiyasının lideri Arutunyan da qalib olmağa iddialıdır. "Hər cür sürprizlər gözlənilər bilər”, - deyə NQ yazır. Rusiya nəşri onu da əlavə edir ki, bu dəfəki "seçkilər” ciddi rəqabət şəraitində keçə bilər: "Namizədlərin siyasi bekraundu əsas rol oynayacaq. Bu isə gənc namizədlərin şansını azal, separatçı qurumda seçilən və fəaliyyəti olan şəxslərin şansları artır”. Parlament "seçkiləri”ndə iştirak üçün artıq qondarma qurumun "parlament”ində təmsil olunan dörd partiya müraciət edib. Bunlar hakim "Azad Vətən”, Daşnaksütyun, Demokratik partiya və "Milli İntibah”dır. 33 mandat (17 majoritar və 16 proporsional) üçün namizədliyini vermək istəyənlərin sayı da artacaq. Belə ki, separatçı qurumda 27 partiya qeydiyyatdan keçib.
Öz növbəsində "Moskva-Baku” portalı separatçı qurumdakı vəziyyətlə bağlı məqalə dərc edib. Müəllif yazır ki, Paşinyan son addımları ilə sübut edir ki, Yerevan bütün sahələr üzrə sərt bərkitmə siyasəti aparır. Məqalədə ekspertlər bildirilər ki, separatçı qurumda nəzarət Nikol Paşinyan üçün hava-su kimi gərəkdir. O da vurğulanır ki, Dağlıq Qarabağda hərbi xunta rejim idarəçiliyini saxlamaqdan ötrü ciddi siyasi manevrlər edir. Bir sıra şəxslər bu məqsədlə hətta vəzifədən azad olunub, "prezidentliyə” hazırlıq üçün göndərilib. Gəlinən qənaət budur ki, qondarma qurumda Nikola müxalif olan qüvvələrin qalibiyyəti onun hakimiyyətinin sonunu yaxınlaşdıra bilər. Bu səbəbdən də o, hər vəchlə "seçkilər”də "öz namizədinin irəli çıxmasına çalışacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər