• çərşənbə, 24 Aprel, 19:04
  • Baku Bakı 23°C

Separatçılar Paşinyanın planını pozmaq istəyir

07.04.20 17:22 665
Separatçılar Paşinyanın planını pozmaq istəyir
Xankəndidəki etirazlar, ikinci tura çıxmış Masis Mailyanın addımları vəziyyəti gərginləşdirə bilər

Ermənistan baş naziri Nikol Paşinyanın narazılıq və etirazlara baxmayaraq qondarma "DQR”-də "seçki” keçirmək qərarı öz "bəhrəsini” verir. Qondarma seçkilərə qatılan "namizədlər” bəyan edirdilər ki, koronavirus pandemiyası səbəbindən prosesi təxirə salmaq zəruridir. Lakin baş nazir hər vəchlə buna qarşı çıxdı və nəticə ortadadır. Artıq qondarma qurum ərazisində virusa ilk yoluxma halı qeydə alınıb. Əvvəllər təcrid olunmuş iki yerli sakindən birinin testinin cavabı müsbət olub. Bu rəqəm böyük ehtimalla sürətlə artacaq. Ermənistanın özündə isə xəstələrin sayı minə yaxınlaşır. Yeri gəlmişkən, işğal altında olan Azərbaycan torpaqlarında Ermənistanın yaratdığı oyuncaq "Dağlıq Qarabağ Respublikası”nda keçirilən "seçkilər”n nəticələri də Nikol Paşinyan üçün ciddi problemlər yaradır. Belə ki, "prezident seçkiləri”ndəikinci yeri tutanMasis Mailyan ilkin nəticələrinin açıqlanmasından bir gün sonra bəyanatla çıxış edib. "1in.am” yazır ki, Mailyan yaxın günlərdə ictimaiyyəti sonrakı addımları haqqında məlumatlandıracaq. "Razılaşın ki, seçkilərin ikinci turu uzaqda deyil, 14 aprelə təyin olunubvə bu kontekstdə, Mailyanın bəyanatı, yumşaq desək, hər hansı bir müəyyənlikdən məhrumdur. Problem hətta onda deyil ki,Artsaxın fəaliyyətdə olan xarici işlər naziri seçkilərin birinci turuna, mahiyyətcə, qiymət verməyib, başqa sözlə, onun nəticəsini tanımayıb. Daha diqqətçəkən odur ki, Mailyan hələ özünün gələcəyə yönəlik planını dəqiqləşdirir, baxmayaraq ki, ikinci turun seçki təqvimi ona yalnız seçki kampaniyasının xarakterini təlqin etməli idi”,- deyə saytda dərc olunan məqalədə vurğulanır. Əlavə edilir ki,"Mailyan Artsaxda yeni intriqalı durum yaradır. Çünki hər şeydən öncə, ikinci turun iştirakçılarından biri kampaniyanı tərk etdiyi halda, qanunvericiliyin nə müəyyən etdiyi aydın deyildir. Lakin problemin siyasi aspekti daha vacibdir”.
Qeyd ediir ki, Mailyan, faktiki, öz məğlubiyyətini qəbul edirvə dərk edir ki, Arutyunyan birinci turda cəmi 320 səsi çatmadığına görə qalib gələ bilməyib.Yəni, bu, ikinci turda aradan qaldırılması tamamilə mümkün olan cüzi çatışmazlıqdır. O da nəzərə alınmalıdır ki, gələn məlumatlara görə,A.Arutyunyan ikinci tura Artsaxın Demokratik Partiyası və Daşnaksütun Partiyasının yerli strukturu ilə birlikdə gedə bilər”. "1in am” yazır ki, "ancaq Masis Mailyanı narahat edən bu ittifaqın perspektivi deyil, faktiki, özünün belə tandeminin olmamasıdır: "Qurduğu ittifaq prezident seçkilərinin birinci turunda ona cəmi 26,4% səs almağa imkan verdi, parlament seçkilərində isə hətta baryeri də aşa bilmədi. İkinci turda Samvel Babayanın da,–xüsusən də Artsaxın yeni seçilən parlamentində ən böyük fraksiyaya sahib olduğuna görə,–onu dəstəkləmək üçün motivasiyası yoxdur. Üstəlik, o, tezliklə Artsaxın prezidenti olacaq Araik Arutyunyanla qarşılıqlı faydalı əməkdaşlığa gedə bilər”.
Erməni mediası onu da yazır ki, ötən gün işğal altında olan Qarabağda qanunsuz "seçkilər”də məğlub olan bəzi namizədlərin və siyasi qüvvələrin 200 nəfərə qədər olan tərəfdarlarının qatıldığı etiraz aksiyası təşkil edilib. Düzdür, "ikinci tur”da meydana çıxan M.Mailyan insanların yoluxmanın mümkün yayılmasının qarşısını almaq üçün seçki məntəqələrinə getməməyə və əslində ilk turun nəticələrini qəbul etməyə çağırmışdı, buna baxmayaraq, aksiyada ona qoşulan bəzi qruplar da iştirak edib.
Mitinqdə "İnqilabçı Partiya”nın üzvləri ilə yanaşı "Sasna Tsrer”in Qarabağdakı qanadı və ən az səs toplayan namizəd Ruslan İsraelyanın komandasının bəzi üzvləri iştirak edib. Aksiya iştirakçıları "seçki”nin düzgün təşkil edilməməsindən, Qarabağda koronavirus infeksiyasına qarşı görülən işlərin yetərli olmamasından danışıblar.
"Media vəkil” təşəbbüsünün rəhbəri, politoloq Aqasi Yenokyan isə proseslərin daha təhlükəli axarda davam edə biləcəyini istisna etmir. Onun qənaətincə, hadisələrin təhlükəli inkişaf ssenarisi proseslərin separatçı qurumun hakimiyyət orqanlarının nəzarətindən çıxmasını istisna etmir: "Bu zaman baş nazir Nikol Paşinyan özünün qalmaqallı "Qarabağ- Ermənistan deməkdir və nöqtə” tezisini irəli sürə və bölgədə birbaşa idarəçilik sistemi qura bilər. Bundan sonra Paşinyan üçün Qarabağ məsələsinin həlli primitiv xarakter məsələsi ola bilər”. O hesab edir ki, Yerevandan bölgəyə ezam olunan emissarlar öz qara işlərini görmüş olublar. Əlavə edib ki, ikinci tura keçməsi təmin olunan Mailyan gərginliyi artıra bilər: "Faktiki olaraq indiki böhran şərtləri ilə belə Paşinyan Qarabağa qarşı qəsdini davam etdirir. Və indi durub iddia etmək ki, Paşinyanın Qarabağda keçirliən seçkilərə aidiyyatı yoxdur, bu, sadəcə, demoqogiyadır”.
Qarabağda keçirilən qondarma seçkilərə nəhayət ki, baş nazir də reaksiya verib. Nikol iddia edib ki, "seçkilər” qondarma qurumda qüvvələr balansını əks etdirir. Əvvəlcə bildirib ki, heç kim qanun pozuntularının olmadığını bildirmir. Lakin baş verən pozuntular nəticələrə təsir etməyib.
Erməni ekspertləri isə baş nazirin fikirləri ilə razı deyillər. Onların qənaətincə, əgər Qarabağda küçə mübarizəsi davam edərsə və hakimiyyət də əllərini yanına salıb fəaliyyətsiz durarsa, vəziyyət bir az da gərginləşə bilər.
Azər

banner

Oxşar Xəbərlər