AZE | RUS | ENG |

Separatçılar Paşinyanı devirməkdə israrlıdırlar

Separatçılar Paşinyanı devirməkdə israrlıdırlar
“Lenta.ru” Dağlıq Qarabağ rejiminin Ermənistanın baş nazirinə qarşı qəsd planından yazır

Separatçı qurumla Ermənistanın baş naziri Nikol Paşinyan arasında gərginlik Rusiya mediasında da ciddi müzakirə mövzusuna çevrilib. Əksər mətbu orqanların gəldiyi qənaət budur ki, qarşıdurma Robert Koçaryanın həbsi, məhkəmə prosesi və ondan sonrakı müddətdə daha da qızışıb. Yaranmış gərginliyi araşdıran
"Lenta.ru” yazır ki, proses may ayından daha da qızışıb. Baş nazirə qarşı növbəti qəsd planının mövcud olduğu vurğulanır. Söhbət "saray intriqalarından” yox, sözün əsl mənasında hərbi çevrilişdən gedir.
 
Bir sıra məlumatlara görə, qəsdçilər separatçıların generallarıdır. Rusiya nəşri yazır ki, Paşinyan özü də antierməni qəsdi barədə danışır və bununla bağlı Qarabağı yada salır. Nəşr yazır ki, yerli silahlı birləşmələr təcrübəli və hesablaşmalı qüvvələrdir. Portalın əməkdaşı işğal altında olan Azərbaycan torpaqlarında olub və erməni siyasətinin Qarabağ nüanslarını araşdırmağa çalışıb. Müəllif yazır ki, qəsdin detallarını "Jamanak” qəzeti açıb. Bildirilir ki, sövdələşmənin təşkilatçısı separatçı qurumun müdafiə ordusunun komandan müavini Samvel Karapetyan olub. Bu şəxs Qarabağ generalitetini və erməni oliqarxlarını adı çəkilməyən bir biznesmenin evində toplayıb və burada iştirakçılar Nikol Paşinyan rejimini devirməyə and içiblər. Qəzet qəsdçilər sırasında biznesmen, Respublika Partiyasından parlamentin keçmiş deputatı Samvel Aleksanyanın olduğunu da yazıb. S.Karapetyan yazılanları təkzib edib və bildirib ki, dörd dəfə döyüşdə yaralanan, yüzlərlə dostunu itirən biri, erməni birliyini dağıtmağa cəhd göstərməz.
 
Qeyd edək ki, general Karapetyan bu ilin aprel ayında barəsində istintaq tədbirləri başlayandan sonra istefaya çıxıb. Sabiq general 2008-ci ildə martda yaşanan mitinqlərin dağıdılmasına hərbi birləşmələri cəlb etməkdə günahlandırılır. Onunla birlikdə sabiq prezident Robert Koçaryan da ittiham olunur. "Hər iki şəxs separatçı bölgədə qəhrəman elan olunsalar da, Ermənistanda korrupsioner və Paşinyanın siyasi düşməni hesab edilirlər. Koçaryan hələ həbsxanada olanda indiki hakimiyyətə, mübarizəyə hazırlaşmağı məsləhət görüb, onu, güclü müxalifət formalaşdıracağı ilə hədələyib. O, 2008-ci il hadisələrinin yatırılmasında əli olmadığını və hər şeyi düz etdiyini bildirir. Onun azad edilməsindən sonra insanlar məhkəmə binalarını mühasirəyə aldılar. Nəticədə Ali Məhkəmə Şurasının sərdi istefa verdi, Paşinyan isə irimiqyaslı məhkəmə islahatlarına başladı. Nəşr xatırladır ki, separatçı generalitetin qəsd planında iştirakı barədə məlumat Ermənistanda rezonans doğurmadı. Sadəcə, məqalə çıxan gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, hakimiyyət mümkün qəsdlər barədə ehtiyatlanır. Və burada xarici və daxili düşmənlərin iştirakını istisna etməyib. Lakin onların kimliyi barədə danışmaq istəməyib. Əvəzində isə Paşinyan daha ətraflı danışıb. Qəsd barədə xəbər mətbuata çıxmamış, bəyan edib ki, Qarabağda siyasi opponentləri fəaliyyət göstərir və təbliğat yolu ilə parçalanma yaratmağa çalışırlar.  Nəşr yazır ki, separatçı qurumda Robert Koçaryan  əhəmiyyətli nüfuza malikdir. Hazırda onun məhkəmə prosesi də ən ciddi şəkildə izlənilən proseslərdən biridir - onun portretləri separatçı qurumun liderlərinin fotoları ilə yanaşı asılır. Müəllif daha sonra işğal altında olan torpaqlarda yaşayan ermənilərin gündəlik problemlərindən bəhs edir. Qeyd edir ki, onlar üçün siyasi oyunlardan daha çox, gündəlik həyat daha böyük əhəmiyyət kəsb edir.
 
Yeri gəlmişkən, Ermənistanda mövcud durumun gərginləşdiyi barədə "1in.am” saytı da araşdırma aparıb.  Qeyd edilir ki, baş nazir bu günlərdə hökumətin yığıncağı vaxtı bildirib ki, bəzi güclər Ermənistana qarşı hibrid savaş aparırlar. Politoloq Arkadi Vardanyan hesab edir ki, baş nazirin əndişəsi tamamilə yerindədir. Vardanyan "1in.am”la söhbətdə qeyd edib: "Mən onların kim olduqlarını və qaynağı da bilirəm. Bu haqda dəfələrlə danışmışam və vurğulamışam – qaynaq Rusiyadır. Və Rusiya təkcə bizə qarşı deyil, Avropa yolunu seçən, yəni demokratiyaya gedən bütün keçmiş sovet respublikalarına qarşı da hibrid savaş aparır. Əlbəttə, bu, Rusiyaya əl vermir və müxtəlif ərazilərdə, son zamanlar isə bizdə də qabarıq şəkildə bu savaşa hər cür təşəbbüs edir”. Arkadi Vardanyan "bəs Ermənistanda buna kim xidmət edir?” sualına belə cavab verib: "Bunlar satılmış adamlar, habelə keçmiş cinayətkar hakimiyyətin törəmələri və əlaltılarıdır. Zaman keçdikcə təhlükə güclənir, mən görürəm ki, hərc-mərclik durumu yaratmağa cəhd edərək, inqilabi hökumətin ölkəyə başçılıq etmək durumunda olmadığını göstərmək üçün getdikcə daha çox səy göstərilir”.  
 
Arkadi Vardanyan Koçaryanın Apelyasiya Məhkəməsindəki işi üzrə məhkəmə iclaslarını da yada salıb. O deyib: "Boğazlarını yırtaraq "Koçaryan, qayıt, bizi xilas elə” və bu ruhda bağıran adamlar var idi. Bu, hibrid savaşın görünən tərəflərindən biridir”. O, şərhinə belə yekun vurub: "Təkrar etməkdən yorulmuram ki, inqilabi hökumətin ən böyük səhvi bu idi ki, keçmiş rejimə siyasi qiymət verilmədi. Bu qiymət bütün dünyanın gözü qabağında verilməyincə, ictimaiyyətimiz əmin olmayacaq ki, yeni hakimiyyət aydın addımlarla demokratiyaya gedir. Bu qiymət verilməyincə, qalan hər şey mənasız və məntiqsiz olur”. Politoloq Robert Gevondyanın fikrincə, söhbət xarici güclərdən gedirsə, onda düşmənlərimiz var – belə savaş törətmək üçün hər hansı təsadüfü əldən buraxmayan Türkiyə və Azərbaycan: "Bizim öz maraqları olan  müttəfiq dostlarımız da var və onlar öz maraqlarına uyğun hərəkət edirlər. Daxili siyasi meydana üz tutsaq, müxaliflər, özəlliklə Koçaryanın qüvvəsi və ERP-nin keçmiş üzvləri bir qütb toplamağa və düzəltməyə çalışırlar”.
 
Gevondyan iddia edib ki, hakimiyyətin nüfuzu bir müddətdən sonra düşəcək və bu güclər də yeganə alternativ olmağa cəhd edirlər. O deyib: "Bu halda hakimiyyətin vəzifəsi hibrid savaş prosesi zamanı hakimiyyətin ötürüldüyü anda alternativ olacaq müxalif güclərin müxtəlif qütblər qurmaqla bir yerə toplaşmasına imkan verməməkdən ibarətdir”.
 
Onun müşahidəsinə görə, daxili-siyasi mübarizə prosesi gedir, bu da normal sayılır, amma elə etməyə çalışmaq gərəkdir ki, hər şey siyasi mübarizə qaydası çərçivəsində baş versin.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946