• çərşənbə axşamı, 23 aprel, 14:58
  • Baku Bakı 24°C

Separatçı rejimin rəhbəri istefa verdi

14.08.14 14:06 990
Separatçı rejimin rəhbəri istefa verdi
Ukraynanın Luqansk vilayətinin bir hissəsinə nəzarət edən separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri Valeri Bolotov istefa verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, V. Bolotov müvəqqəti olaraq öz vəzifəsini tərk etdiyini açıqlayıb: “Mən Luqansk Xalq Respublikasının rəhbəri vəzifəsindən müvəqqəti getmək qərarına gəlmişəm. Aldığım yara tam gücümlə işləməyimə imkan vermir”.
V. Bolotov cəbhəni tərk etməyəcəyini də əlavə edib.
Qeyd edək ki, V. Bolotov bu ilin mayı ayında güllə yarası alıb.
banner

Oxşar Xəbərlər