AZE | RUS | ENG |

SEPAH-la əməkdaşlıqda təqsirləndirilənlərə hökm oxunub

SEPAH-la əməkdaşlıqda təqsirləndirilənlərə hökm oxunub
Dəstə üzvləri 10 ildən 15 ilədək azadlıqdan məhrum edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “İran İslam İnqilabı Keşikçiləri Korpusu” – SEPAH-la əməkdaşlıq etməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi yekunlaşıb.
Məhkəmə qarşısında Azərbaycan vətəndaşları - Niyazi Kərimov, Mübariz Əliyev, Elman Tağıyev, Nüsrət Cəlilov, Rahim Qasımov, Məmmədtağı Zəkiyev, Bəhram Həşimov, Ayaz Abbasov, Əfqan Abbasov, Şahin Məmmədov, Mirələsgər Ağayev, Rövşən Zülfüqarov, Həmidağa Ələkbərov, Seymur Qasımov, Taleh Rəsulov, Ceyhun Həbibov, Elçin Kərimov və Zahid Məmmədov cavab verib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyin (MTN) martın 14-də yaydığı məlumata əsasən, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər tutulub. Hökmə əsasən, dəstə üzvləri 10 ildən 15 ilədək azadlıqdan məhrum edilib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301