AZE | RUS | ENG |

Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür

Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilən Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, həmin günün yaranma tarixi 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatr binasında baş verən güclü yanğınla əlaqədardır. Yanğın zamanı həlak olan insanların sayı çox olduğuna görə tibbi yardım göstərilməsində problemlər yaranır. İlk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da təcili tibbi yardım briqadaları fəaliyyət göstərməyə başlayır.

İlkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, sadə tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmaların qarşısını almaqdır. Əlbəttə ki, bu sahədə tibb işçiləri yardım göstərilər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər.

Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı ölənlərin əksəriyyətini 15-45 yaş arasında olan insanlar təşkil edir.

Ölkəmizdə ilk təcili tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Təcili yardım xidməti həmişə hadisə yerinə vaxtında yetişə bilmir. Ona görə də xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynayır. Onu da başa düşmək lazımdır ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və zərərçəkənin yerində hər kəs ola bilər.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873