AZE | RUS | ENG |

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür
Hər il sentyabrın 10-u İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq assosiasiyanın təşəbbüsü, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ümumdünya İntiharların Qarşısının Alınmasının Günü qeyd edilir.
Müasir həyat və iş ritmləri, həmçinin bir sıra subyektiv amillər insanı müəyyən anda ağır cinayət əməlinə sürükləyir. O, öz həyatına qəsd etmək fikrinə düşür. Statistikaya görə, orta hesabla, dünyada zorakı ölüm hadisələrinin yarısı intiharların payına düşür.
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən intihar nəticəsində ölənlərin sayı ildə 1 milyona yaxınlaşır. İntihar hadisələrinin yayılması sahəsində inkişaf etmiş ölkələr liderlik edir. Bu sahədə birincilik Şərqi Avropa ölkələrinə məxsusdur. Yaponiyada hər il təxminən 30 min insan öz həyatına qəsd edir. Latın Amerikası və islam ölkələri bu sahədə ən aşağı göstəricilərə malikdir. Afrika ölkələrində isə statistik məlumatlar yoxdur.
Dünya Səhiyyə Təşkilatı və tərəfdaşları nəinki intiharın əleyhinədirlər, həm də özünə qəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, həmçinin intihar hadisələrinin kütləvi-informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. Bütün dünyada intiharın vaxtsız ölümün qarşısı alına bilən əsas səbəblərdən biri olduğu barədə ictimaiyyəti daha çox məlumatlandırmaq lazımdır. Hər bir hökumət intiharların qarşısının alınması üçün milli strategiya hazırlamalı və əhali arasında intihar və özünə qəsd əhval-ruhiyyəsinin profilaktikası üçün konkret tədbirlər həyata keçirməlidir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973