• çərşənbə, 24 Aprel, 10:05
  • Baku Bakı 13°C

Sentyabrın 1-dən Kazan-Bakı aviareysini "Buta Airways" həyata keçirəcək

10.08.17 17:29 1386
Sentyabrın 1-dən Kazan-Bakı aviareysini "Buta Airways" həyata keçirəcək
"Buta Airways" aşağı büdcəli aviaşirkəti sentyabr ayının 1-dən Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya və əks istiqamətdə uçuşlar yerinə yetirəcək.

"APA-Economics” Kazan beynəlxalq aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir ki, uçuşlar 106 yerlik "Embraer 190”havagəmisi ilə yerinə yetiriləcək. Kazandan Bakıya uçuşlar hər həftənin cümə çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Kazana uçuşun müddəti 2,5 saat təşkil edəcək.

Qeyd edək ki, hazırda Kazan-Bakı istiqamətində uçuşlar "AzərbaycanHavaYolları” tərəfindən həyata keçirilir.
banner

Oxşar Xəbərlər